Bu barədə "RİA Novosti" xəbər verir. Onun Moskvada ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib.
Vışinski 2014-cü ildən RİA Novosti-Ukrayna agentliyinin rəhbəri kimi tanınır. 2018-ci ildə o, Kiyevdə dövlətə xəyanətdə və o zaman tanınmamış Donbass respublikalarına dəstək verməkdə ittiham edilərək həbs edilib. Vışinskiyə 15 il həbs cəzası verilmişdi. 2019-cu il avqustun sonunda o, Rusiya və Ukrayna arasında məhbus mübadiləsi çərçivəsində azad edilib.
Lakin onun işi üzrə istintaq dayandırılmayıb. Daha sonra o, məhkəmə iclaslarında iştirak etmək və “günahsızlığını sübut etmək” üçün Kiyevə qayıtmaq niyyətində Moskvaya gəlib. Lakin o, tezliklə xəstəxanaya yerləşdirildiyi üçün gedə bilməyib. Elə həmin il o, Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasına təyin edilib və orada xaricdə Rusiya KİV nümayəndələrinin hüquqlarına riayət olunması məsələlərinə nəzarət edib.
Rusiyada o, VGTRK-da, o cümlədən “Tipik Ukrayna” verilişlərinin aparıcısı olub. "RİA Novosti" saytında materialların müəllifi, Sputnik Radiosuna baş redaktor kimi rəhbərlik edib, “Russia Today” media qrupunun icraçı direktoru olub. O, Ukrayna istintaq təcridxanasında keçirdiyi vaxtdan bəhs edən “Həbsxana ilə üzbəüz yaşayış” kitabını da yazıb.
Tehsil-press.az