Fransa, Almaniya və Polşa liderləri Parisdə görüşüb

Fransa, Almaniya və Polşa liderləri Parisdə görüşüb Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və Polşa Prezidenti Anjey Duda Parisdə görüşüb.
Liderlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Ukraynanın özünü nümunəvi cəsarətlə müdafiə etdiyinə diqqət çəkən Makron, bu ölkəyə fasiləsiz dəstəyin davam etdirilməsinin vacibliyini bildirib və Ukraynanın qələbəsinin bütün qitədə sülhə töhfə verəcəyinə əminliyini ifadə edib.
“Ukraynanın Avropa Birliyinə və NATO-ya qoşulacağına şübhə yoxdur", - deyən Duda, qələbənin Rusiya qüvvələrinin beynəlxalq hüquqa əsasən Ukraynaya aid olan bütün torpaqlardan çıxarıldığı zaman olacağını bildirib.
Fransa, Polşa və Almaniya arasında əməkdaşlığın Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Olaf Şolz, üç ölkənin mövqeyinin aydın olduğunu, qətiyyətlə Ukraynanın yanında olduqlarını və ehtiyac olduğu müddətcə bu ölkənin yanında olmağa davam edəcəklərini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər