AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan memarlıq abidələrinin öyrənilməsində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 2023-cü ilin böyük tarixlər və yubileylərlə zəngin bir il olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin belə tarixi günlərdən olduğunu diqqətə çatdırıb. Alim oktyabrın 15-də - Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin ildönümündə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu və Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını, bu tarixi günün Azərbaycan xalqı üçün unudulmaz hadisə olduğunu bildirib.
İnstitut rəhbəri 1923-cü ildə yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) 100 illik yubileyinin AMEA-da ilk dəfə qeyd edildiyini diqqətə çatdırıb. Alim bildirib ki, Cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılıb. Cəmiyyətin əsasında yaradılan elmi qurumlar, müvafiq elm sahələri, görkəmli elm xadimləri tərəfindən aparılan araşdırmalar, mühüm tədqiqat işləri və onların nəticəsində ərsəyə gələn nəşrlər sayəsində geniş tərkibdə Azərbaycan SSR Elmlər Akademiyası yaradılıb. Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin öyrənilməsindəki rolu bu Cəmiyyətin ölkəşünaslığın əsasını təşkil edən bir qurum olduğunu söyləməyə əsas verir.
Sonra Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri professor Rayihə Əmənzadə “Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” və “AMEA-da memarlıq irsinin tədqiqi tarixindən” adlı məruzə ilə çıxış edib. Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri dosent Rahibə Əliyeva isə ATTC-nin fəaliyyətindən, onun bazası əsasında elmi qurumların yaradılması mərhələlərindən, həmin dövrlərdə elm sahələri istiqamətində aparılan tədqiqat işlərindən, Azərbaycan elminin inkişafındakı rolundan ətraflı bəhs ediblər. Qeyd olunub ki, 1929-cu ildə yaradılmış Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi fəaliyyətlə məşğul olan tədqiqatçıları bir araya gətirmək, onların fəaliyyətini müəyyən istiqamətlər üzrə əlaqələndirmək baxımından atılan səmərəli addımları gələcək Akademiya üçün zəmin yaradıb. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti və ondan sonrakı elmi qurumlarda ölkənin memarlıq abidələri tədqiq olunub. Çıxış edənlər Azərbaycanda memarlıq abidələrinin tədqiqinin tarixini xronoloji ardıcıllıqla təqdim edib, həmin tədqiqatların nəticələrinin nəşrlərindən və tədqiq olunan abidələrin bərpa layihələrindən bəhs ediblər.
Tehsil-press.az