Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanın memarlıq irsinin qorunması və istifadəsi problemləri” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.
Konfransın açılış mərasimində çıxış edən Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova bildirib ki, insanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə ölkəmizdəki memarlıq abidələrinin qorunması bizim vətəndaşlıq borcumuzdur. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
Mədəniyyət Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı dissertant Fatma Səmədova “Gədəbəydən Qərbi Azərbaycana uzanan qalalar” mövzusunda məruzəsində Gədəbəy ərazisində yerləşən Koroğlu, Urud, Oxçu, Alagöz, Namərd qalaları ilə bağlı apardığı araşdırma və tədqiqat işlərindən bəhs edib.
Qrafik və media dizaynı kafedrasının dissertantı Firuzə Bədəlova “Tarixi mühitdə vizual kommunikasiyanın təkamülü” mövzusunda məruzəsində memarlıq mühitinin tərkib hissəsi olan və müasir zaman çərçivəsində vacib funksiya daşıyan məsələlərdən birinin iri şəhərlərdə informasiya vasitələrinin öyrənilməsi olduğunu və bu sahədə apardığı tədqiqatın nəticələrindən danışıb.
Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının doktorantı Nigar Abdullayeva “Heydər Əliyevin Azərbaycan memarlıq irsinin qorunmasında rolu” mövzusunda məruzə edib. O, Ümummilli Liderin memarlıq irsinin qorunub saxlanmasına, bərpasına böyük önəm verdiyini vurğulayıb, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirdiyini söyləyib.
Həmin kafedranın doktorantları Aygün İmanova və Aytac Əkbərlinin də məruzələri dinlənilib.
Konfransın sonunda məruzələrlə bağlı suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Tehsil-press.az