Polşa Ukraynanın Avropa İttifaqındakı əsas tərəfdaşıdır

Polşa Ukraynanın Avropa İttifaqındakı əsas tərəfdaşıdır Varşava xarici ticarət dövriyyəsinə görə Ukraynanın Avropa İttifaqındakı ən böyük tərəfdaşıdır, Kiyev yeni Polşa hökuməti ilə bu sahədə münasibətləri inkişaf etdirməyə hazırdır.
Bu barədə Ukrayna Ali Radasının maliyyə məsələləri komitəsinin rəhbəri Danilo Getmantsev özünün sosial media hesabında yazıb.
“Xarici ticarət dövriyyəsinə görə Polşa Avropa İttifaqında ən böyük, dünyada isə Çindən sonra ikinci ticarət tərəfdaşımızdır”, - deyə Danilo Getmantsev bildirib.
Onun sözlərinə görə, Polşa Ukraynanın məhsul ixrac etdiyi ölkələr arasında ilk yerdə qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya, Türkiyə, Çin və Almaniya gəlir. Ukraynaya idxalın həcminə görə isə Polşa Çindən sonra ikinci yeri tutur.
Parlament komitəsinin rəhbəri ikitərəfli tərəfdaşlığın Varşava üçün də faydalı olduğunu vurğulayıb.
Qeyd edək ki, taxıl ixracı məsələsində fikir ayrılıqları iyul ayından bəri Varşava ilə Kiyev arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər