Bu gün “Muğan Bank” ASC ləğv edilib.
Buna səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı göstərilib.
Xatırlataq ki, bir neçə ay əvvəl “Günay Bank” da eyni səbəbdən bağlanmışdı.
“Günay Bank”ın ləğvindən bir müddət sonra, daha dəqiq desək iyul ayında Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi: “Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır. Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”.
Bu gün “Muğan Bank”ın bağlanması fonunda AMB sədrinin açıqlaması yenidən gündəmə gəlib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, “Muğan Bank”ın bağlanması bir sıra digər məsələləri üzə çıxarır: “Vətəndaşlarımızın əmanətlər yerləşdirən zaman diqqətli olmaları çox vacibdir. Bu zaman bankın maliyyə hesabatlarına, hesabatların vaxtında təqdim edildiyinə, hesabatlardakı göstəricilərə xüsusi diqqət ayrılmalıdılar. Eləcə də əmanətlərin sığortalanan əmanətlər formasında yerləşdirilməsi çox vacibdir”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə vurğulayıb ki, uzun müddətdir bank sektorunun hesabatlılığı, hesabatların keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar var: “ Baş verən hadisələr bunları süburt edir. Xatırlayırsınızsa 2020-ci ildə 4 bankın bağlanması zamanı AMB sədri açıqlama verdi ki, əslində hesabatlarda bu bankların məcmu kapital tələbini yerinə yetirməsi göründüyü halıda aparılan yoxlamalar zamanı bankların tələbi yerinə yetirmədikləri əksinə mənfi kapitala malik olduqları məlub olub”.
R.Həsənov qeyd edib ki, məlumatların mərkəzləşdirilmiş qaydada toplanması ilə bağlı mexanizm olsa da, nədənsə burada hər şey mükəmməl deyil: “Günay Bank”la bağlı məsələyə baxdıqda da eyni hal baş vermişdi. Bank bir neçə ay əvvəl göstəricilərdə bütün öhdəliklərini yerinə yetdirdiyi halda bank bağlanan günü bu öhdəlikləri ödəyə bilmədiyi məlum olmuşdu. “Muğan Bank”ın da 3-cü rübün sonuna olan hesabatlarına baxsaq görürük ki, nizamnamə, məcmu kapitalı öhdəliklərini yerinə yetirməklə bağlı problemi yoxdur. “Muğan Bank” bağlanacaq səviyyədə parametrlərə malik bank deyil. Aktivlərinin həcminə görə ölkədə 7-8-ci yerdə olan bankdır. Və birdən bu cür vəziyyət ortaya çıxır. Bu bir daha onu göstərir ki, bankların hesabatlarında şəffaflıq problemi var”.
Taleh Kazımovun məlum açıqlamasına gəldikdə isə R.Həsənov qeyd edib ki, AMB sədri mümkün qədər ehtiyatlı açıqlamalar verməlidir: “Onun açıqlamaları iqtisadi bazarlarda təlatümlərə yol açmamalıdır. Buna görə AMB sədrinin həmin dövrdəki açıqlaması müəyyən mənada başa düşüləndir”.
Tehsil-press.az