“AtaBank” və “Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən CDB Bankın yenidən təşkil şəklində ləğv edilərək “AtaBank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
Həmçinin, “AtaBank” və CDB Bank tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.
CDB Bankın İctimaiyyətlə əlaqələr üzrə meneceri Elşən Allahverdiyev “Marja”ya açıqlamasında bildirib ki, birləşdirilmə müddətində müştərilərə layiqli xidmətlər göstəriləcək: “Müştərilərimiz narahat olmasınlar”.
Qeyd edək ki, “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb. “Caspian Development Bank (CDB)”ın sahibi “Synergy Group”dur.
Təhsil-press.az