Braziliyanın Rio-de-Janeyro şəhərində polisin əməliyyat zamanı cinayətkarı öldürməsindən sonra cinayətkar qruplar ən azı 35 avtobusu yandırıb.
Avtobuslara hücumlar daha çox şəhərin qərbində cəmləşib, burada rəqib cinayətkar qruplaşmalar ərazi nəzarəti uğrunda mübarizə aparır. Yerli polisin məlumatına görə, onlar ştatın ən böyük liderinin qardaşı oğlunun öldüyü polis əməliyyatından sonra bu yola əl atıblar.
Bildirilib ki, Rionun indiki və keçmiş polis məmurlarından ibarət qondarma milisləri regionun ən böyük təhlükəsizlik təhdidlərindən birinə çevrilib.
“Rio Onibus” sənaye qrupundan verilən məlumata görə, yandırılan nəqliyyat vasitələrindən 20-i şəhər avtobusu, 5-i şəhərin sürətli tranzit parkının bir hissəsi, qalanları isə kirayə və ya turizm avtobusları olub.
Tehsil-press.az