Kamran Əliyev Ərdoğana rəsm əsəri təqdim etdi

Kamran Əliyev Ərdoğana rəsm əsəri təqdim etdi Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.
Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.
Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.
Görüşdən sonra Baş prokuror Kamran Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsm əsəri təqdim olunub.
Qeyd edək ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

Tehsil-press.az



Oxşar xəbərlər