“Paşa Bank” universitetdə infosessiya keçirib

“Paşa Bank” universitetdə infosessiya keçirib “Paşa Bank” Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə tələbələr üçün növbəti təlim keçirib.
Təlimçi - “Paşa Bank”ın əməkdaşı Təhminə Misirli “Rəqəmsal məhsulun yaradılması və inkişafı” mövzusunda danışıb. Bildirilib ki, istifadəçilərin arzu və istəklərinə uyğun məhsullar müəyyən edilərkən öncə irəli sürülən fərziyyəyə diqqət edilməlidir. Bu zaman fərziyyələrin bir neçə növü (sadə, sıfır, kompleks) meydana çıxır. Onların doğru və ya yanlışlığı təhlil edilir, bu da öz növbəsində dəyərli məhsulun yaradılmasına təsir göstərir. Beləliklə, məhsulun kəmiyyət və keyfiyyət göstəricilərindən asılı olaraq irəli sürülən fərziyyələr də dəyişir.
Təlimçi mövzunu diskussiya şəklində aparıb və sonda tələbələrin mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər