Tələbələr üçün “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda təlim

Tələbələr üçün “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda təlim Bakı Dövlət Universiteti (BDU) və “Paşa Bank”ın birgə tərəfdaşlığı ilə növbəti təlim keçirilib.
Təlim “Paşa Bank”ın KOS bankçılıq departamentinin rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova tərəfindən “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda aparılıb.
Təlimdə uğurlu biznes strategiyasının qurulması, beynəlxalq təcrübə və KOS bankçılıqla bağlı tələbələrə ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər