Bunlar gəlir vergisindən azad ediləcək

Bunlar gəlir vergisindən azad ediləcək 2024-cü ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb.
Fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlər gəlir vergisindən azad ediləcək.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsi də artırılır. Belə ki, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılır.

Tehsil-press.az


Oxşar xəbərlər