Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin professor-müəllim və tələbə heyəti qarşısında “Konformal simmetriya, zərrəciklər və fəza-zaman” mövzusunda mühazirə ilə çıxış edib.
Professor Martin Rainer əvvəlcə relyativistik zərrəciklərin, sahələrin və fəza-zaman strukturunun kvant nəzəriyyəsinin vahid təsviri üçün uyğun riyazi struktur kimi konformal həndəsənin öyrənilməsinin ümumi mənzərəsini verib.
Mühazirədən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Professor Martin Rainerə sertifikat təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər