ABŞ-ın Puerto-Riko Universitetinin professoru tələbələr və gənc alimlər üçün elmi seminar keçirib

ABŞ-ın Puerto-Riko Universitetinin professoru tələbələr və gənc alimlər üçün elmi seminar keçirib Xəzər Universitetində ABŞ-ın Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadov "Ferroptoz hüceyrə ölümünün yeni mexanizmi kimi: mitoxondrinin rolu" mövzusunda elmi seminar keçirib.
Seminarda Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Həyat elmləri departamentinin müəllim heyəti, bakalavriat, magistratura və doktorantura pilləsində təhsil alan tələbələrlə yanaşı, V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru tibb elmləri doktoru professor Adil Allahverdiyev, Qida Təhlükəsizliyi İnstitutunun, Bakı Dövlət Universitetinin və Genetik Ehtiyatlar İnstitutunun gənc alim və mütəxəssisləri iştirak ediblər.
Seminarda elmi müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Sonda professor Səbzəli Cavadova sertifikat təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər