Macarıstan Universitetinin professoru UNEC-də mühazirə deyib

Macarıstan Universitetinin professoru UNEC-də mühazirə deyib Macarıstanın Miskolç Universitetinin professoru İstvan Kunos “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Professor UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüb və hər iki universitet arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə “Zamanın idarəolunması” (time-management) və “Yumşaq bacarıqlar” (soft skills) mövzularında mühazirə də deyib.
UNEC-in infrastrukturu ilə tanış olan macar professoru müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də elektron tədris prosesinin təşkilini yüksək qiymətləndirib.

Tehsil-press.az






Oxşar xəbərlər