Qəzzada toqquşmalar hər gün 4 saat dayandırılacaq

Qəzzada toqquşmalar hər gün 4 saat dayandırılacaq Qəzza zolağının şimalındakı mülki əhalinin ərazini tərk etmələri üçün hücumlar gündə 4 saat dayandırılacaq.
Bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İsrail gün ərzində hər 4 saatlıq fasiləni 3 saat əvvəldən elan edəcək:
“Fasilələr humanitar yardımın ehtiyacı olan bölgələrə çatdırılmasına və fələstinlilərin bölgəni zərər görmədən tərk etmələrinə kömək edəcək”.
Kirbinin sözlərinə görə, 4 saatlıq fasilələrlə bu bölgələrdə heç bir hərbi əməliyyat keçirilməyəcək.

Tehsil-press.az



Oxşar xəbərlər