İsveçdə sağlamlıq üçün təhlükə yaradan ətirlərin ölkəyə gətirilməsi cəhdlərinin sayı artıb

İsveçdə sağlamlıq üçün təhlükə yaradan ətirlərin ölkəyə gətirilməsi cəhdlərinin sayı artıb İsveçin gömrük xidməti xəbərdarlıq edir ki, həm fiziki şəxslər, eləcə də müəssisələr ölkəyə sağlamlıq üçün təhlükəli olan ətriyyat gətirir.
Ölkənin hakimiyyət orqanları bu ilin əvvəlində Dubaydan təxminən 4 ton kosmetik vasitələrin tədarükünün qarşısını almışdı. Bu malların bəzilərinin tərkibində Avropa İttifaqı ölkələrində qadağan edilən yüksək allergen xüsusiyyətə malik maddələr olub.
Cari ilin mayında İsveç gömrüyünün nəzarət şöbəsi Höteborqda Dubaydan gələn ətriyyat və müxtəlif kosmetik vasitələrin böyük partiyasını ələ keçirib. Tədqiqatlar göstərir ki, təqribən 400 məhsuldan 113-nün tərkibində liral və lilial maddələri olub. Bu, Avropa Komissiyası tərəfindən qadağan olunan sintetik ətriyyat inqrediyentlərinin satış adıdır. Sübut edilib ki, onlar yüksək allergen xüsusiyyətlərə malikdir.
İsveçin dərman vasitələri üzrə agentliyi idxalatçıya Avropa İttifaqının daxili bazarında bu məhsulları satmağa qadağa qoymağı qərara alıb. Şirkət etiraz etməyib və oktyabr ayında məhsullar məhv edilib.
“Həyəcan doğuran fakt odur ki, bu təhlükəli maddələr barədə xəbərdarlıqlar Avropa İttifaqı hüdudlarından kənar ölkələrdən kosmetik məhsulları idxal edən və ya alan şəxslərə hələ çatmayıb”, - deyən İsveç gömrük xidmətinin eksperti Martin Petersson hesab edir ki, Dubaydan gələn partiyanın arxasında məlumatsızlıq dayanır.

Tehsil-press.az




Oxşar xəbərlər