Dünyanın ən sürətli interneti bu ölkədə istifadəyə verildi

Dünyanın ən sürətli interneti bu ölkədə istifadəyə verildi Çində saniyədə 1,2 terabit məlumatların ultra yüksək sürətli ötürülməsini təmin edən yeni internet kabeli istifadəyə verilib.
Çinin üç böyük şəhəri - Pekin, Uhan və Quançjou 3000 km-dən çox kabellə birləşib.
Bu kabel 2023-cü ilin iyulunda şəbəkəyə qoşulub və uğurlu sınaqdan sonra tam işlək olub. Layihədə Çinin Tsinghua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” kimi tanınmış təşkilatları iştirak edib.
Çin kabeli amerikalı rəqiblərindən qat-qat sürətli, onlardan on dəfə sürətlidir. Mütəxəssislərin proqnozlarına görə, saniyədə bir terabitdən çox məlumat ötürmə sürətinin yalnız 2025-ci ildə reallığa çevriləcəyi gözlənilirdi.
Kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkə daxilindəki təhsil və tədqiqat mərkəzlərini yüksəksürətli internet əlaqəsi ilə təmin edir.

Tehsil-press.az



Oxşar xəbərlər