Analitiklərin bu il üçün Çin iqtisadiyyatı üzrə proqnozları pisləşib

Analitiklərin bu il üçün Çin iqtisadiyyatı üzrə proqnozları pisləşib Ekspertlər bu il Çinin iqtisadi artımının çətin ki, beş faizi keçəcəyini düşünür.
Bu barədə Bloomberg agentliyinin analitiklər arasında keçirdiyi sorğunun proqnozunda deyilir.
Sorğuda iştirak edən dünyanın aparıcı 78 iqtisadçısının ortaq proqnozuna görə, 2023-cü ildə Çinin ümumdaxili məhsulunun artımı cəmi beş faiz təşkil edəcək.
“Daşınmaz əmlak bazarında tənəzzülün neqativ nəticələri, korporativ sektorda qeyri-sabit əhval-ruhiyə və borc problemləri Çin iqtisadiyyatını inkişaf tempini xeyli zəiflədə bilər”, - deyə ekspertlər bildirir.
“HSBC Holdings Plc”, “Morgan Stanley” və “Citigroup Inc” analitikləri isə Çində iqtisadi artım tempinin beş faizə çatmayacağını hesab edirlər. HSBC bu həftə öz proqnozunu 5,3 faizdən 4,9 faizə endirib.
Sorğunun nəticələrinə görə, Çinin ümumdaxili məhsulunun həcmi 2023-cü ilin üçüncü rübündə 4,3 faiz, dördüncü rübündə isə 4,8 faiz təşkil edəcək. 2024-cü ildə isə Çin iqtisadiyyatının artım tempi yalnız 4,5 faiz olacaq.
Daşınmaz əmlak bazarında yaranan böhran Çinin iqtisadi artımına əngəl törədə biləcək əsas risk olaraq qalır. Pekinin bu yaxınlarda qəbul etdiyi tədbirlərə baxmayaraq, Çinin daşınmaz əmlak bazarına təzyiqi artmaqdadır.

Tehsil-press.az



Oxşar xəbərlər