AMEA rəhbəri: Nobel mükafatı konfransı elmin daha böyük ideallara doğru inkişaf etdirilməsi istiqamətində atılan addımdır

AMEA rəhbəri: Nobel mükafatı konfransı elmin daha böyük ideallara doğru inkişaf etdirilməsi istiqamətində atılan addımdır Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunması, eyni zamanda, bütün sahələrdə cəmiyyətin yeni inkişaf mərhələsinə doğru irəliləməsini tələb edir. Bu gün AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans da ölkəmizin suverenliyinin tam bərpa edilməsindən sonra elmin daha böyük ideallara doğru inkişaf etdirilməsi istiqamətində atılan bir addımdır.
Bu fikirləri jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib. Akademik bildirib ki, bugünkü konfrans Nobel mükafatının alınması sahəsində dünya təcrübəsinin, bu mükafatın irəli sürdüyü çağırışların Azərbaycan cəmiyyətinə, elmi mühitə maarifçilik yolu ilə çatdırılması, eyni zamanda, gələcək elmi nəsillər içərisindən Azərbaycanın Nobel mükafatçılarının yetişməsinə istiqamətlənib. Elmi konfransda AMEA-nın bütün nəsillərdən olan alimləri ilə yanaşı, akademiyanın institut və təşkilatlarının Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri geniş tərkibdə təmsil olunur.
“Ümid edirik ki, “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransda alimlərimizin təqdim edəcəkləri məruzələr və bu reallıqlar haqqında aparılacaq müzakirələr Nobel mükafatı haqqında eyforiyanın, mifin aradan qaldırılmasına kömək edəcək, o cümlədən bu mükafata iddialı olan yeni nəsli təşviq edəcək, meydana çıxaracaq”, - deyə AMEA rəhbəri əminliyini bildirib.

Tehsil-press.az





Oxşar xəbərlər