Şakira cinayətini etiraf etdi

Şakira cinayətini etiraf etdi Dünyaşöhrətli kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib.
Ötən gün Barselona Əyalət Məhkəməsində müğənninin iştirakı ilə məhkəmə prosesi keçirilib.
Şakira İspaniyada yaşadığı vaxtda (2012-2014-cü illər arasında) 6 fərqli cinayətə görə 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunub. O, 117 nəfərin şahid qismində dindiriləcəyi işin ittihamlarını qəbul edib.
Məlumata görə, “Barselona”nın keçmiş futbolçusu Gerar Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.

Tehsil-press.az


Oxşar xəbərlər