İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub

İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Son ölüm faktı Tarraqona əyalətində qeydə alınıb.
Bildirilir ki, 50 yaşlı kişi qayalar arasında balıq tutarkən ölüb.
Əyalət hakimiyyəti insanları daha diqqətli olmağa çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər