Bunun qarşısını almağın yolları var: Peyvənd, gigiyena və balanslaşdırılmış qidalanma.
Xüsusilə 65 yaşdan yuxarı insanlarda rast gəlinən pnevmoniya, immuniteti aşağı olan insanların həyatı üçün təhlükəli nəticələrə səbəb ola bilər. Həkim mütəxəssis Özkan Yılmaz pnevmoniya ilə bağlı xəbərdarlıq edərək, "Peyvənd, gigiyena və balanslı qidalanma ilə bunun qarşısını almaq olar" deyə bildirib. El arasında sətəlcəm olaraq bilinən pnevmoniya ağciyər toxumasına təsir edən daha çox bakteriya, virus və daha az rast gəlinən göbələklər səbəbiylə inkişaf edən yoluxucu bir xəstəlikdir. Özkan Yılmaz, "Xüsusilə 65 yaşdan yuxarı və immuniteti zəif olan insanlarda sətəlcəm tezliyi artır və yaşlı insanlarda gənclərə nisbətən daha ağır və hətta ölümcül ola bilir" deyə sözlərinə əlavələr edib. Pnevmoniyanın hər kəsə təsir edə biləcəyini deyən mütəxəssis həkim Yılmaz siqaretin, astma və KOAH kimi xroniki ağciyər xəstəliklərinin riski artırdığını ifadə edib. Yılmaz, zəifləmiş immunitet sisteminin, son xəstəlik və əməliyyatların, bəzi kimyəvi maddələrə çox məruz qalan mühitlərdə olmanın da infeksiyaya yoluxma riskini artırdığını bildirib.
Tehsil-press.az