İsveçdə 80 yaşdan yuxarı insanlara vaksinin dördüncü dozasının vurulması tövsiyə edilir

İsveçdə 80 yaşdan yuxarı insanlara vaksinin dördüncü dozasının vurulması tövsiyə edilir İsveç 80 yaşdan yuxarı insanlara vaksinin dördüncü dozasını vurdurmağı tövsiyə edir.
İsveç Xalq Sağlamlığı Agentliyi, yaşadığı yerdən asılı olmayaraq, qocalar evlərinin sakinləri, habelə evdə qayğı alan ahıl insanlara, 80 və daha yuxarı yaşda olanlara COVID-19 peyvəndinin dördüncü dozasını almağa tövsiyə edib.
Agentliyin yeni tövsiyəsi bu qəbildən olanların koronavirusa yoluxduqda ağır fəsadlarla qarşılaşma ehtimalının daha çox olduğuna dair sübutlarla əsaslanır. Bu səbəbdən də agentlik bu kateqoriyadan olan insanlara peyvəndin əlavə dozasını almağı tövsiyə edir ki, yeni doza üçüncüdən dörd ay sonradan gec olmayaraq alınmalıdır.
Məsələ ilə bağlı İsveç ictimai səhiyyə agentliyinin mətbuat şərhində bildirilir ki, “İsveçdə COVID-19-un yayılma sürəti hələ də intensivdir. Son həftələrdə, ciddi xəstəlik riski yaşlı insanlarda da müşahidə olmaqla, yoluxma hallarının sayında ümumi artım olduğu vurğulanıb".

Tehsil-press.az



Oxşar xəbərlər