“Bugünkü siyasi vəziyyətə baxanda biz bilməliyik ki, Vətən müharibəsindən sonra Azərbaycan, doğrudan da, ola bilsin dünyada görünməmiş bir addım atdı: 30 il işğalda saxlanmış ərazilərimiz azad olundu. Əlbəttə, biz nəzərə almalıyıq ki, Azərbaycanın böyük Qələbəsi və azad olunmuş ərazilərimizdə gedən geniş quruculuq işləri bizi istəməyən ölkələrin xoşuna gəlmir. Amma bizim Qələbəmiz yanımızda olan ölkələr tərəfindən böyük qürurla qarşılandı”.
Dosent Azad Rzayev söyləyib. A.Rzayev deyib: “Elə ölkələr var ki, bizim Qələbəni özünün məğlubiyyəti kimi qəbul edir. Qələbəmizə obyektiv şəkildə baxmaq istəmirlər. Bu gün də Fransa, ABŞ çalışırlar ki, Ermənistana kömək etsinlər, onu silahlandırsınlar, bölgədə yeni gərginlik yaratsınlar. Həmin ölkələr hələ də başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, Azərbaycan öz torpaqlarını azad edib.
Azərbaycan Prezidenti bəyan edib ki, bizə heç kəsin torpağı lazım deyil. Biz öz torpaqlarımızı azad etmişik.
Yenə deyirəm, elə ölkələr var ki, onlar həqiqətləri görmək istəmirlər. Ermənistan görəndə ki, Rusiya onlara dəstək vermir, başladı özünə bacı axtarmağa, Fransadan, ABŞ-dan özlərinə dəstək istədi. Çox təəssüf ki, həmin ölkələr də Ermənistana dəstək verir.
Prezidentimiz bildirib ki, biz müharibə istəmirik, biz sülh müqaviləsi bağlamaq istəyirik. Vətən müharibəsindən üç il keçib, amma Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını gecikdirir. Amma sülhdən başqa yol yoxdur. Sülh müqaviləsinin imzalanmasının gecikdirilməsinin heç bir mənası yoxdur. Ermənistan və ona dəstək vermək istəyən Fransa və ABŞ bilməlidir ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, sülh müqaviləsinin bağlanması lazımdır. Bu, mütləq olacaq. Nə qədər tez olsa bir o qədər yaxşıdır. Çünki yeganə bir yol qalıb: o da yalnız sülhdür”.
Tehsil-press.az