Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.
Rektor Cəfər Cəfərov qonaqlara universitet haqqında məlumat verərək elmi-pedaqoji potensial və prespektivlərdən söz açıb.
Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru professor Radif Zamaletdinov rəhbərlik etdiyi qurumun filologiya, təhsil, dizayn, incəsənət və mədəniyyətlərarası kommunikasiya sahələrində yüksəkixtisaslı mütəxəssislər hazırladığını qeyd edib. Professor, həmçinin institutda elm və tədris mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının, eləcə də əlavə təhsil mərkəzlərinin fəaliyyət göstərdiyini, onların geniş spektrli əlavə təhsil proqramları təklif etdiyini də bildirib.
Görüş zamanı vacib sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha sonra qonaqlar Filologiya fakültəsində 44 günlük şanlı Zəfər tariximizə həsr olunmuş “Zəfər stendi”ni, ADPU-nun şəhid tələbə və məzunlarına həsr olunmuş “Zəfər guşəsi”ni ziyarət edib, kafedralarda və Kitabxana-İnformasiya Mərkəzində olublar.
Tehsil-press.az