Litvanın Vytautas Magnus Universitetinin (VMU) müəllimləri - Təbiət və Texnologiya Elmləri Elmi-Tədqiqat İnstitutunun direktoru professor Algimantas Paulauskas və Biologiya kafedrasının müdiri Jana Radzijevskaja Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Azərbaycana səfərin məqsədi ADPU-nun Kimya və biologiya fakültəsində tədris ixtisasları üzrə mühazirələr keçirmək, tələbə və müəllim heyəti ilə müzakirələr aparmaq və bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Oktyabrın 20–dək davam edəcək səfər çərçivəsində qonaqlar ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova ilə görüşüblər.
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, beynəlxalq tədqiqatlarda birgə çalışmaq, universitetlərarası əlaqələri inkişaf etdirmək, ikili diplom proqramları sahəsində mümkün əməkdaşlıq imkanları araşdırılıb və belə əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.
Tehsil-press.az