“McKinsey & Company” şirkətinin təşəbbüsü və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə tələbələr üçün mentorluq proqramı təşkil edilib.4 saat davam edən proqram çərçivəsində “McKinsey” məsləhətçiləri ISE tələbələrinə MBA, magistr proqramları, karyera seçimləri, iş müsahibəsinə hazırlıq mövzularında mentorluq ediblər. “Birə-bir mentorluq” formatında təşkil olunan görüşdə hər tələbəyə 30 dəqiqə vaxt müəyyən edilərək, şirkətin məsləhətçiləri tərəfindən onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.
“McKinsey & Company” tərəfindən ISE tələbələri üçün mentorluq proqramı 2022-ci ildən etibarən mütəmadi olaraq keçirilir.
Tehsil-press.az








