Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və layihəyə qoşulan universitetlər tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramı başa çatıb.
Mentorluq proqramı çərçivəsində üç ay davam edən baza bilikləri üzrə proqram ərzində iştirakçılara biznes, sahibkarlıq, innovasiya menecmenti, layihələrin idarəetmə prinsipləri, startap məhsulunun inkişafı, IT arxitektura və mühəndislik, komandanın idarəolunması, startapın maliyyələşdirilməsi və biznesə start, effektiv ünsiyyət bacarıqları və kommunikasiya kimi istiqamətlərdə təlimlər həyata keçirilib. Eyni zamanda, yay proqramı təşkil olunub.
Sentyabr ayından başlayan və mentorluq proqramının ikinci hissəsi olan ixtisaslaşma proqramı ərzində isə təlimlər və ekspert görüşləri həyata keçirilib. İxtisaslaşma proqramı mentorluq, texnika və mexanizmləri, komandanın idarəolunması, startap inkişafı və maliyyələşdirilməsi (fundraising), inkubasiya xidmətləri, emosional intellekt, pozitiv düşüncə və s. digər mövzularda təlimləri əhatə edib.
2022-ci ildən layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, yeni universitetlərlə əməkdaşlıqların qurulması və növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. İnkubasiya proqramı çərçivəsində universitetlərdə biznes inkubatorların fəaliyyətinin və inkubasiya proqramlarının təşkili, resurs mənbələrinin təmin edilməsi və startap mühiti formalaşdırmaqla tələbələrin yetişdirilməsi istiqamətində işlər görüləcək.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
Tehsil-press.az