Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin aparıcı universitetlərində mentorluq fəaliyyətinin təşkili təcrübəsini öyrənən əməkdaşlarla görüşüb.
Görüşdə Türkiyənin Hacettepe, Qazi və Hacı Bayram Vəli universitetlərinin mentorluq fəaliyyəti barədə təqdimatlar olub.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru, dosent Raqif Qasımov mentorluq xidmətinin işləmə mexanizmləri, fakültələrdə mentorluq fəaliyyətinin təşkili, müəllimlərin seçilməsi, vəzifə və öhdəliklər barədə Türkiyənin aparıcı universitetlərinin təcrübəsini bölüşüb. UNEC-də mentorluq fəaliyyətinin xarici meyarlara uyğun qurulması məqsədilə nümayəndə heyətinin hazırladığı təkliflər səsləndirilib.
Mentorluq fəaliyyətinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov xarici təcrübənin pilot layihə kimi magistratura mərkəzində tətbiq edilə biləcəyinin mümkünlüyünü bildirib. Rektor mentorluq xidmətinin keyfiyyətinin daha da artırılması məqsədilə UNEC Ekstern Mərkəzində xarici müəllimlər tərəfindən bu istiqamətdə distant təlimlərin keçirilməsinin faydalı olacağını qeyd edib.

UNEC-in Mətbuat Xidməti