Dövlət Miqrasiya Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev ilə müsabiqənin Mentorluq proqramı çərçivəsində görüş keçirib.
Xidmət rəisi qalibin xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olduğunu, ötən müddət ərzində ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradıldığını diqqətə çatdırıb.
Camal Nağıyev keçirilmiş fəaliyyətlərin faydalı olmasından məmnunluğunu ifadə edib, qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə etdiyini, bir sıra tədbirlərdə yaxından iştirak etdiyini və Mentorluq proqramının səmərəli keçdiyini vurğulayıb.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edib. Qəbul prosesində Camal Nağıyevin iştirakı da təmin edilib.
Qeyd edək ki, üçüncü müsabiqənin də yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan iştirakçılar bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Tehsil-press.az


Oxşar xəbərlər