İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı müzakirə edilib

İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı müzakirə edilib “Yüksəliş” Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Iclasda birinci “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramının nəticələri və ikinci “Yüksəliş” müsabiqəsinin qarşıda duran mentorluq proqramı geniş müzakirə edilib. İşçi qrup tərəfindən hər iki müsabiqənin nəticələrinin təhlili əsasında hazırlanmış yeni təkliflər komitə üzvlərinə təqdim olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı əsasında, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqədə 27 nəfər qalib olub. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci müsabiqə baş tutub. İyul ayında başa çatan ikinci müsabiqədə 22 qalib müəyyənləşib.

Tehsil-press.az



Oxşar xəbərlər