Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ağciyərində infeksiya olduğunu bildirib.
Papa Fransisk ənənəvi “Angelus” duası zamanı çıxışında ötən gün xəstəliyi ilə əlaqədar Romadakı Gemelli hospitalında müayinədən keçdiyini deyib.
Katoliklərin ruhani lideri bu səbəbdən bugünkü “Angelus” duasını iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.
“Ağciyərimdə iltihab olduğu üçün bu gün pəncərə qarşısından insanlara müraciət edə bilmirəm”, - deyə o bildirib.
Roma Katolik Kilsəsinin rəhbəri çıxışında Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının və sülh üçün dialoqun vacibliyini vurğulayıb.
Papa Fransiskin noyabrın 30-da Dubayda başlayacaq BMT-nin COP28 iqlim sammitində iştirak edəcəyi bildirilib.
86 yaşlı Papa Fransisk indiyədək üç, bu il isə ikinci dəfə xəstəxanaya yerləşdirilib. O, 2021-ci il iyulun 4-də yoğun bağırsağından əməliyyat olunub və 10 gün müşahidə altında qalıb. Bu il martın 29-da isə tənəffüs problemlərinə səbəb olan yoluxucu bronxitlə bağlı xəstəxanaya yerləşdirilib və aprelin 1-də evə buraxılıb.
Pontifik sonuncu dəfə klinik testlər üçün iyunun 6-da Gemelli xəstəxanasında tibbi yoxlamadan keçib, iyunun 7-də laparotomiya və qarın divarının protezlə plastik əməliyyatını keçirib.
Tehsil-press.az