Çexiyada “Etirazlar günü” başlayıb

Çexiyada “Etirazlar günü” başlayıb Çexiyada ümumi tətil keçirilir.
Çexiyanın həmkarlar ittifaqları bu günü “Etirazlar günü” elan ediblər. Hökumətin fəaliyyəti əleyhinə kütləvi etiraz aksiyaları ölkənin bütün şəhərlərində keçirilir. Əsas tələb “konsolidasiya paketi”nin, yəni büdcəyə qənaət tədbirləri, pensiya islahatının qəbuludur.
Tətil, həmçinin sənaye müəssisələrində və şirkətlərin ofislərində keçirilir. Burada iş bir saatlıq dayandırılacaq.
Günün yarısı ibtidai və orta məktəblərin, uşaq bağçalarının birgünlük xəbərdarlıq tətili başlayıb. Həmkarlar İttifaqının dəyərləndirməsinə görə, aksiyalarda bu və digər formada məktəblərin 84 faizi iştirak edir. Bəzi tədris müəssisələri bağlanıb, digərləri məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir. Tətil son 30 il ərzində ən iri aksiyaya çevrilib. Məktəblərin həmkarlar ittifaqları təhsilə böyük həcmdə vəsaitin ayrılmasını və məktəblərin müəllim olmayan əməkdaşlarının əməkhaqlarının artırılmasını tələb edirlər.
Həmkarlar ittifaqları komitələrinin məlumatına görə, uşaq bağçalarının, ibtidai və orta məktəblərin təqribən dörddə üçü noyabrın 27-də səhər 8.00-da bağlı qalıb. Bəzi tədris müəssisələrində evdə qala bilməyən şagirdlər üçün siniflər təşkil olunub.
Tətildən bir gün əvvəl Çexiyanın təhsil naziri Mikulaş Bek valideynlərdən onların və övladlarının “hökumət, həmkarlar ittifaqları və etirazçılar arasında mübahisədə girova çevrilmələrinə” görə üzr istəyib. Bütün bunlarla yanaşı, nazir təhsil sahəsində mümkün dəyişiklərin heç birinin onun keyfiyyətinin pisləşməsi ilə nəticələnməyəcəyini bəyan edib.
Mikulaş Bekin fikrincə, həmkarlar ittifaqları onun təmsil etdiyi nazirlik ilə danışıqlarda öz tələblərini dəqiq ifadə etməyiblər. Təhsilin maliyyələşdirilməsi ilə bağlı əndişələr isə “əsassızdır və faktları əks etdirmir”.
Həmkarlar ittifaqlarının minlərlə fəalı etiraz marşında və nümayişdə iştirak üçün Praqaya gələcəklər. Parlamentin aşağı palatasının binası yaxınlığında, Malostranska meydanında həmkarlar ittifaqlarının kütləvi mitinqi keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər