Fransada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralananlar var

Fransada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralananlar var Fransada pensiya islahatına qarşı etiraz edən nümayişçilər mübarizədən əl çəkməyəcəklərini bildiriblər.
Ölkənin 300-dən çox şəhər və qəsəbəsində tətil keçirilib. Həmkarlar İttifaqları 1,5 milyon, Daxili İşlər Nazirliyi isə 380 min etirazçının nümayişlərdə iştirak etdiyini bildirib.
Parisdə Həmkarlar İttifaqları 400 min, polis isə 42 min etirazçının nümayiş etdiyini bildirib. Nümayişçilər Opera meydanından Bastiliya meydanına doğru irəliləyiblər. Paytaxtda nümayiş kortecində gərgin anlar yaşanıb. Konstitusiya Şurasının binası qarşısına toplaşan nümayişçilər polis tərəfindən dağıdılıb. Parisdə 2 240 nəfər yoxlanılıb. Onlarca nümayişçi polis tərəfindən saxlanılaraq dindirilib. Nümayişçilər və polislər arasında yaralananlar var.
Bordo, Lyon, Renn kimi şəhərlərdə də nümayişçilərlə polis arasında toqquşma qeydə alınıb. Məlumata görə, Lyonda “Actu Lyon” saytının jurnalisti yaralanıb.
Həmkarlar İttifaqları may ayında daha böyük səfərbərlik üçün çağırış edib.

Tehsil-press.az




Oxşar xəbərlər