BDU-da Maliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü

BDU-da Maliyyə Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin əməkdaşları ilə görüşünü təşkil edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov universitetlə dövlət və özəl müəssisələr arasında qurulan əməkdaşlığın, həmçinin karyera quruculuğu yönündə belə tədbirlərin təşkilinin tələbələr üçün əhəmiyyətindən danışıb.
Sonra Maliyyə Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elman Hüseynov, Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Zaman Hüseynov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəna Hüseynova və İnsan resurslarının idarə edilməsi şöbəsinin əməkdaşı Ləman İsmayılova təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda Maliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu, işə (dövlət qulluğuna) qəbul qaydalarının əsas prinsipləri, mərhələləri, dövlət qulluğunun üstünlükləri və s. barədə məlumat verilib.
Görüşdə sonuncu kurs tələbələrinin Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrində işə cəlb olunması, təcrübə mübadiləsi kimi məsələlərə toxunulub, onların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər