Sentyabrın 22-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nicat Əhmədovun ailəsi ilə görüşüb və şəhidin məzarını ziyarət edib.
Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, fakültənin könüllüləri və fəal tələbələri iştirak ediblər.
Çıxış edənlər Nicat Əhmədovun Vətən torpağı uğrunda düşmənə qarşı mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucaldığını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən N.Əhmədovun əziz xatirəsinin müəllimləri və tələbə yoldaşlarının qəlbində daim yaşayacağı qeyd olunub.
Nicat Əhmədov 2016-2020-ci illərdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsil alıb.
Tehsil-press.az