Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun “İstedadlı tələbələrin təhsil qrantı” layihəsi ilə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirib və BDU-da həyata keçirilən sosial layihələrdən danışıb.
Sonra BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov universitet tələbələrinin Gənclər Fondunun müxtəlif sosial layihələrində fəal iştirak etdiyini diqqətə çatdıraraq, “İstedadlı tələbələrin təhsil qrantı” layihəsinə də marağın yüksək olduğunu deyib.
Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin mütəxəssisi Ülvi Adıgözəlov müsabiqə haqqında tələbələrə geniş məlumat verib. O bildirib ki, Azərbaycan Gənclər Fondu sosial həssas əhali kateqoriyasına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.
Görüşdə diqqətə çatdırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsil formaları üzrə bakalavr və magistr təhsili alan gənclər yararlana biləcəklər.
Sonda müsabiqə ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az