Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.
AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında məsələyə baxılıb.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 5.6. bəndinə əsasən, dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AMEA-nın fəxri üzvləri seçilə bilərlər.
Ümumi yığıncağın Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

Tehsil-press.az



Oxşar xəbərlər