SAF 2023-ün üçüncü günündə dövlət rəsmiləri və deputatlar yarışları izləyiblər

SAF 2023-ün üçüncü günündə dövlət rəsmiləri və deputatlar yarışları izləyiblər Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.
Festivalın üçüncü günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini icra edən, nazir müavini Elxan Nəcəfov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ekspo Mərkəzini ziyarət ediblər.
Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişi ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Qonaqlara məlumat verilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilir. Festivalda iştirak üçün 159 əcnəbi şagird ölkəmizdə səfərdədir. Onlar Türkiyə, Niderland, Çexiya, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Böyük Britaniya, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət ediliblər.
Festival dekabrın 8-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər