Əksər amerikalılar Baydenin İsrail-HƏMAS müharibəsi ilə bağlı siyasətini bəyənmirlər - SORĞU

Əksər amerikalılar Baydenin İsrail-HƏMAS müharibəsi ilə bağlı siyasətini bəyənmirlər - SORĞU CBS News dekabrın 6-8-də ABŞ-da 2144 nəfər arasında sorğu keçirib.
Rəyi soruşulanların 34 faizi ABŞ hökumətinin hərəkətlərinin Qəzza ilə bağlı sülhə xidmət etmədiyini, 20 faizi isə bunun əksini düşündüyünü bildirib. Bayden hökumətinin siyasətinin heç bir təsiri olmadığını düşünənlər respondentlərin 46 faizini təşkil edib.
Rəyi soruşulanların 61 faizi İsrail-HƏMAS müharibəsi ilə bağlı Prezident Baydenin siyasətini bəyənmədiyini bildirib.
Demokratlar arasında İsrailə həddindən artıq dəstək verildiyini düşünənlər artıb.
Baydenin İsrailə yanaşması Demokratlar Partiyası daxilində fikir ayrılıqlarının artmasına səbəb olub.

Tehsil-press.az



Oxşar xəbərlər