Amerikalıların üçdə birindən az hissəsi ABŞ-ın hazırkı prezidenti Co Baydenin qarşıdan gələn 2024-cü il seçkilərində yenidən seçilməyinin tərəfdarıdır.
Bu barədə "CNN" telekanalının keçirdiyi sorğunun nəticəsində bildirilir.
Respondentlərin 42%-i C.Baydenin prezident kimi fəaliyyətini müsbət qiymətləndirir. Yanvarda onun fəaliyyətini respondentlərin 45%-i müsbət qiymətləndirib. C.Baydenin prezidentlikdəki fəaliyyətindən narazılıq reytinqi yanvarda 55%-ə nisbətdə 57%-ə yüksəlib. Respondentlərin 67%-i hesab edir ki, C.Baydenin səhhəti ona öhdəliklərini səmərəli şəkildə yerinə yetirməyə imkan vermir. Respondentlərin 65%-i onun özünə inam yaratmadığına inanır.
Ümumilikdə respondentlərin yalnız 32%-i hesab edir ki, C.Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilməyə layiqdir. Demokratlar 35 yaşdan kiçik amerikalılar arasında ən az dəstəyə malikdir. Bu yaş qrupunda rəyi soruşulanların yalnız 26%-i C.Baydeni yenidən seçilməyə layiq hesab edir.
Qeyd edilir ki, sorğu 2023-cü ilin martında - keçmiş ABŞ prezidenti Donald Trampa qarşı ittihamlar irəli sürülməzdən əvvəl keçirilib. Beləliklə, "CNN"in vurğuladığı kimi, onun nəticələri ictimai rəydə o vaxtdan bəri baş verə biləcək dəyişiklikləri əks etdirməyə bilər.
Tehsil-press.az