Ukrayna ilə bağlı səsvermə zamanı iclas zalını tərk edib

Ukrayna ilə bağlı səsvermə zamanı iclas zalını tərk edib Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı səsvermə zamanı Aİ sammitinin iclas zalını tərk edib.
Bu barədə sammit çərçivəsində jurnalistlərə avropalı mənbə bildirib.
“Şura Ukrayna ilə bağlı qərar qəbul edərkən Orban müvəqqəti olaraq iclas zalında olmayıb, bu, razılaşdırılıb və konstruktiv şəkildə edilib”, - mənbə bildirib.
Qeyd edək ki, Avropa ölkələrinin başçıları Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq haqda qərar qəbul ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər