Ukrayna yaxın iki il ərzində AB-yə qoşulmaq niyytindədir

Ukrayna yaxın iki il ərzində AB-yə qoşulmaq niyytindədir "Yaxın iki il ərzində Avropa Birliyinə qoşulmaq üçün çox iddialı bir planımız var. Buna görə də ümid edirik ki, bu il, 2023 - cü ildə artıq ilkin danışıqlar apara bilərik".
Bu barədə Ukrayna baş naziri Şmiqal Politico qəzetinə müsahibəsində bildirib.
Nəşr qeyd edir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü mövzusu fevralın 3 - də keçiriləcək Aİ-Ukrayna sammitində əsas mövzulardan biri olacaq.
Ukrayna Baş naziri sammit zamanı Kiyevin sənaye malları üçün vizasız rejim, bir il müddətinə gömrük rüsumlarının dayandırılması və Ukraynanın Aİ-nin mobil rouminq zonasına daxil edilməsi haqqında Saziş üzrə "əhəmiyyətli irəliləyiş" əldə edəcəyinə ümid etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər