İlon Mask: Bəşəriyyət başqa planetlərdə məskunlaşmalıdır

İlon Mask: Bəşəriyyət başqa planetlərdə məskunlaşmalıdır Bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.
Bunu “SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask bildirib.
“Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalıdır!”, – o, X sosial şəbəkə səhifəsində yazıb.
İlon Mask Aya sonuncu enişdən 50 il keçdiyini xatırladıb və əlavə edib ki, bu, bir sivilizasiya olaraq bizim ən yüksək nailiyyətimiz hesab oluna bilməz.

Tehsil-press.az


Oxşar xəbərlər