Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib

Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib Slovakiyanın bir çox şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib.
Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə vətəndaş iştirak edib. Onlar Nazirlər Kabinetinin ölkənin hüquq sistemində xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarına, eləcə də hökumətin 2024-cü ildən qüvvəyə minəcək və yaşayış səviyyəsinə mənfi təsir göstərəcək dövlət büdcəsindən vəsaitə qənaət edilməsinə dair tədbirlərə etirazlarını bildiriblər.
Hökumət əleyhinə mitinqlərin ən böyüyü Bratislavada keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər