Təl-Əvivdə etiraz aksiyaları keçirilir

Təl-Əvivdə etiraz aksiyaları keçirilir Təl-Əvivdə minlərlə israilli yenidən hökumət əleyhinə mitinq keçirərək, ölkə hökumətinin apardığı məhkəmə islahatlarına etiraz edib.
Nümayişçilər bayraqlar qaldırır və hökuməti ölkəni parçalamaqda ittiham edən şüarlar səsləndirirlər. Nümayişçilərin çoxluğu səbəbindən polis paytaxtın Kaplan küçəsini bağlamağa məcbur olub.
Nəşrin məlumatına görə, etiraz aksiyaları təkcə Təl-Əvivdə deyil, paytaxta ən yaxın olan Raanana, Kfar Saba və Hod HaŞaron şəhərlərində də keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər