Bu həftə İsveç hökuməti Qanunvericilik Şurasına yeni və müstəqil müsadirə haqqında qanunu təqdim edəcək.
Yeni qanunun məqsədi şübhəli gəlirlərə daha səmərəli əlyetərliyin təmin olunmasını və bu cür gəlirlərin müsadirə edilməsini asanlaşdırmaqdır.
Söhbət əgər şübhəli şəxsin əmlaka müvafiq qanuni gəliri olmadığı sübut olunarsa, cinayətkarlardan avtomobillər, zinət əşyaları və nağd pul kimi cah-calallı əşyaların müsadirə edilməsindən gedir.
Hökumət cinayətlərlə bağlı iqtisadi gəlirlərin hazırda 10-15 milyard dollar olduğunu təxmin edir.
Təklifin bir hissəsi cinayət qurbanlarına pulların geri qaytarılması imkanları ilə bağlıdır.
Təklif olunan qanun layihəsinə əsasən, cinayətkarın hesabından çıxarılan pul dövlət tərəfindən zərərçəkmiş şəxsə geri qaytarılmalıdır.
“Bu, 1960-cı illərdən bəri cinayət ədaləti sahəsində ən böyük islahatlardan biri olan inqilabi islahatdır”, - deyə ədliyyə naziri Qunnar Strömmer bildirib.
Təklifdə uşaqların əmlakının müsadirə edilməsi məsələsi də müzakirə olunur.
“Cinayətləri dayandırmaq və yeni insanların cinayətlərə cəlb olunmasının qarşısını almaq üçün gəncləri belə hərəkətlərə sövq edən quldurluq fəaliyyətinə son qoymalıyıq”, - deyə ədliyyə komitəsi sədrinin müavini Ardalan Şekarabi qeyd edib.
Yeni və müstəqil müsadirə haqqında qanun 2024-cü il iyunun 1-də qüvvəyə minəcək.
Tehsil-press.az