İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiyaları qadağan edə bilər

İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiyaları qadağan edə bilər İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiyaların keçirilməsinə qadağa qoyulması imkanını nəzərdən keçirir.
Krallığın ədliyyə naziri qüvvədə olan qanuna dəyişiklilərin edilməsi zərurətinin aydınlaşdırılması məqsədilə hökumət tərəfindən vəziyyətin təhlil edildiyini açıqlayıb.
Qunnar Strömmerin sözlərinə görə, İsveç hökuməti “Qurani-Kərim” və digər müqəddəs kitabların yandırılmasının qeyri-qanuni elan edilməsi zərurəti ilə bağlı məsələni araşdıracaq, çünki bu yaxınlarda Krallığın paytaxtında keçirilmiş aksiyalar ölkənin təhlükəsizliyinə ziyan vurub. “Biz görürük ki, ötən həftə “Qurani-Kərim”in yandırılması daxili təhlükəsizliyimizi necə təhlükə altına qoyub”, — deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun sonunda iraqlı immiqrant Salvan Momika Stokholmdakı mərkəzi məscidin yanında “Qurani-Kərim”i yandırıb və bu, bütün müsəlman dünyasını hiddətləndirib, hətta Roma Papası tərəfindən qınağa səbəb olub. Öz növbəsində, İsveç təhlükəsizlik xidmətləri bu cür aksiyaların ölkənin təhlükəsizliyini sarsıtdığını bildirdilər.
Daha öncə cari ildə İsveç polisi təhlükəsizliklə bağlı məsələlərə istinad edərək, “Qurani-Kərim”in yandırılmasını ehtiva edəcək etirazların keçirilməsi ilə bağlı bir neçə müraciəti rədd etmişdi. Lakin daha sonra İsveç məhkəməsi polisin xüsusi xidmətlərin tövsiyələrinə əsaslanan qərarlarını ləğv edərək, bildirib ki, bu cür hərəkətlər söz azadlığının müdafiəsi haqqında İsveç qanunvericiliyi ilə qorunur.

Tehsil-press.az


Oxşar xəbərlər