Gürcüstanın Baş naziri NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

Gürcüstanın Baş naziri NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Görüşdə NATO-Gürcüstan əməkdaşlığının əsas istiqamətləri və Gürcüstanın Avratlantik inteqrasiya istiqamətində əldə etdiyi irəliləyişlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Avropa və Avratlantik məkana inteqrasiya ölkəsinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir.
Tərəflər dünyada və regionda, eləcə də Qara dəniz hövzəsində mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər